İranın Bəndər Abbas limanında təkrar partlayışlar baş verib və yanğın daha da şiddətlənib.
Bizim.Media xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb.
Güclü külək yanğının yayılmasını sürətləndirib. Hazırda yanğınların söndürülməsi istiqamətində aparılan işlər öz məqsədinə çatmır.
Məlumata görə, artıq ölənlərin sayı 8 nəfərə çatıb, yaralananların sayı isə bu saata qədər 750 nəfərdir.
Bizim.Media