Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan Özbəkistan, Qazaxıstan və Türkmənistanın Cənubi Kiprdə səfirlik açmaq qərarını şərh edib.
Bizim.Media xəbər verir ki, H. Fidan bu qərarın Türkiyə üçün anlaşılan olduğunu qeyd edib.
“Baş verənləri yaxından izləyirik, lazımi addımları atırıq, dostlarımızla əlaqə saxlayırıq, məlumat mübadiləsi aparırıq. Prinsip etibarilə biz ailəvi məsələləri ictimaiyyət önündə müzakirə etməməyə üstünlük veririk. Türk dünyası ilə aramızda problem yaratmaq istəyənlərin manipulyasiyaları bu baxımdan uğurlu olmayacaq”.
Bizim.Media