ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı hərbi obyektlərə kütləvi zərbə endirməsindən narazı olduğunu bildirib və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyib.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Truth Social”da yazıb.
“Rusiyanın Kiyevə endirdiyi zərbələrdən narazıyam. Ehtiyac yoxdur. Bunun üçün düzgün vaxt seçilməyib”, - Amerika lideri əlavə edib.
Bununla bağlı o, Rusiya prezidenti Vladimir Putini bu cür zərbələri dayandırmaq üçün göstəriş verməyə çağırıb.
"Vladimir, DUR! Həftədə 5000 əsgər ölür. Gəlin sülh sazişi bağlayaq", - Ağ Evin sahibi yekunlaşdırıb.
Bizim.Media