Hərbi texnika ilə yüklənmiş ABŞ hərbi maşınları Suriyanın Əş Şəddadi qəsəbəsindəki bazanı tərk edir.
Bizim.Media xəbər verir ki, bu barədə “Al Watan” nəşri yazıb.
Mənbə qeyd edir ki, hərbi kolon Suriya-İraq sərhədinə doğru irəliləyir.
Xatırladaq ki, ötən həftə Pentaqonun sözçüsü Sean Parnell bildirmişdi ki, Birləşmiş Ştatlar yaxın aylarda Suriyadakı hərbi mövcudluğunu azaldacaq və 1000-dən az əsgər saxlayacaq.
Bizim.Media