Rusiyanın “Zvezda” telekanalının hərbi müxbiri Nikita Qoldin Ukraynada müharibə zonasında başından qəlpə yarası aldıqdan bir ay sonra xəstəxanada ölüb.
Bizim.Media xəbər verir ki, martın 24-də jurnalistin getdiyi avtomobil Mixaylovka kəndi yaxınlığında HİMARS raketi ilə vurulub.
O zaman “Zvezda” telekanalının operatoru Andrey Panov və sürücü Aleksandr Sirkeli, həmçinin “İzvestiya”nın müxbiri Aleksandr Fedorçak həlak olmuşdular.
Bizim.Media