Mərmərə dənizinin Büyükçekmece sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerin təxminən 7 kilometr dərinliyində baş verib.
Qeyd edək ki, ötən gün İstanbulda ardıcıl 6 güclü zəlzələ qeydə alınıb. Zəlzələlər müvafiq olaraq 4.9, 4.5, 4.8, 4.4, 6.2 və 3.9 bal gücündə olub.
Yeraltı təkanlardan sonra İstanbulda insanlar evlərini tərk ediblər.
Bizim.Media