Xəbər verdiyimiz kimi, bu gün İstanbulda ardıcıl 6 güclü zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, yeraltı təkanlardan sonra İstanbulda insanlar evlərini tərk edərək parklara üz tutublar.
Zəlzələdən bir neçə saat keçməsinə baxmayaraq İstanbul sakinləri hələ də evlərinə qayıtmayıblar. Onlar yeni təkanların baş verə biləcəyindən narahatdırlar.
Xatırladaq ki, bu gün günorta saatlarında İstanbulda 4.9, 4.5, 4.8, 4.4, 6.2 və 3.9 bal gücündə ardıcıl zəlzələlər baş verib. Təbiət hadisəsi nəticəsində 151 nəfər yaralanıb.
Bizim.Media