ABŞ-nin Orlando Beynəlxalq Hava Limanında “Airbus A330” təyyarəsi yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Fox35” məlumat yayıb.
Bildirilib ki, təyyarədə olan 200-dən çox insan təxliyyə edilib.
Hava gəmisi Florida ştatının Orlando şəhərindən Atlantaya uçmağa hazırlaşırmış, lakin hərəkət etməyə başlayanda mühərriklərdən birinin buraxılış borusunda alov müşahidə edilib.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Bizim.Media