Rassel Vout amerikalı milyarder İlon Maskın yerinə Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Nəşrin mənbələri qeyd edir ki, Vout Mask olmadan da DOGE-nin effektiv işini davam etdirmək üçün kifayət qədər səriştəlidir.
Qeyd edək ki, Vout Ağ Evin İdarəetmə və Büdcə Ofisinin direktoru və Respublikaçıların manifesti, federal hökumətin yenidən qurulmasını nəzərdə tutan, min səhifəlik "Layihə 2025"in müəllifidir.
Bizim.Media