Əlcəzairlə Paris arasında gərginlik artır: Fransız dilində yazılar çıxarıldı

Əlcəzair Hava Yolları şirkəti təyyarə biletlərindən fransız dilində yazıları çıxarıb.

Bizim.Media xəbər verir ki, bu qərar Parislə Əlcəzair arasında artan gərginlik fonunda verilib və "güclü simvolik mesaj" kimi dəyərləndirilib.
 

Əlcəzair Hava Yollarının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbdülqadir Salimi bildirib ki, bundan sonra aviabiletlər ərəb və ingilis dillərində tərtib olunacaq. Məqsəd isə "ərəb ölkələrinin hava yolları şirkətlərinin təcrübəsinə uyğunlaşmaqdır".


Analitiklər bu qərarı “müstəmləkə irsi ilə simvolik qırılma” kimi qiymətləndirirlər. Əlcəzairdə dil heç vaxt neytral olmayıb, əksinə o, həm siyasi, həm də kimlik və tarix məsələsidir.

Çoxsaylı Əlcəzair icmasının mövcud olduğu Fransa həm uçuş sayına, həm də müştəri sayına görə Əlcəzair Hava Yolları üçün ən böyük bazarlardan biridir. Buna görə də fransız dilinin aviabiletlərdən çıxarılması kommersiya ilə bağlı deyil, daha çox "keçmiş müstəmləkə dövrü ilə vidalaşma istəyi"ni əks etdirən güclü bir simvolik mesajdır.

Bundan əlavə, bu qərar qarşılıqlı diplomatik addımlarla eyni vaxta təsadüf edir. Belə ki, ötən çərşənbə axşamı Paris 12 əlcəzairli konsulluq əməkdaşını ölkədən çıxarmaq və səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarını elan edib. Bu isə Əlcəzairin bir gün əvvəl 12 fransız diplomatı ölkədən çıxarmasından sonra baş verib. Bu ardıcıl qərarlar iki ölkə arasındakı münasibətlərin gələcəyi ilə bağlı suallar doğurub.
 

Xatırladaq ki, Fransa və Əlcəzair arasında münasibətlər 2024-cü ilin yayında rəsmi Paris Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyandan sonra pisləşib. Buna cavab olaraq, Əlcəzair Parisdəki səfirini geri çağırıb və Prezident Əbdülməcid Təbbun həmin ilin sentyabr ayında Fransaya planlaşdırılan səfərini ləğv edib. 


Bu yaxınlarda yazıçı Boualem Sansalın Əlcəzairdə həbsi və digər addımlar vəziyyəti daha da gərginləşdirib. Son vaxtlar Əlcəzair tərəfindən həyata keçirilən tədbirlər Fransanın daxili işlər naziri B.Rötayonın və bir neçə digər nazirin qəzəbinə səbəb olub. Fransa hakimiyyəti hətta "fransızların maraqlarını müdafiə etmək" üçün bəzi Əlcəzair rəsmilərinin bu ölkə ərazisinə girişini məhdudlaşdırmaq qərarına gəlib. 

Bu il Ramazan bayramı münasibətilə prezidentlər Makron və Təbbun arasında telefon danışığı olub. Bundan sonra Fransanın Avropa və xarici işlər naziri aprelin 6-da Əlcəzairə səfər edib. Bununla da, iki ölkə arasında “bərabər münasibətlərdə yeni mərhələ”nin başlandığı bildirilib.

Lakin Əlcəzairin Fransadakı konsulluğunun əməkdaşının həbsindən sonra vəziyyət yenidən gərginləşib. 

Əlcəzair 12 fransızı ölkədən qovub. Buna cavab olaraq, Fransanın Əlcəzairdəki səfiri Stefan Romate məsləhətləşmələr üçün geri çağırılıb. Həmçinin Əlcəzairin Fransadakı diplomatik nümayəndəliklərində çalışan 12 nəfərin bu ölkədən çıxarılmasına dair qərar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində 18 yaşlı gəncin meyiti aşkarlandı

İllər sonra səhnəyə qayıdır - FOTO

İllər sonra səhnəyə qayıdır - FOTO

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Yaxın günlərdə ABŞ-la İran arasında danışıqlar olacaq?

Qəbələdə yaşayış evi yandı

Qəbələdə yaşayış evi yandı

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

İlk "Nərə"nin "Maska"sı açıldı - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

Trampın helikopterinə hücum edilib? - VİDEO

İrana zərbələrdə 21 min sakin yaralanıb

İrana zərbələrdə 21 min sakin yaralanıb

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Sədərək gölü daşdı, balıqlar əllə tutuldu - VİDEO

Qazaxda gənc qız dəm qazından boğuldu

Qazaxda gənc qız dəm qazından boğuldu

Şahbaz Şərif onları qəbul etdi

Şahbaz Şərif onları qəbul etdi

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

İsfahan Texnologiya Universitetinə ZƏRBƏ ENDİRİLDİ

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Əsir düşmüş rus hərbçi Sibirdə Çin təsirinin miqyasından danışdı

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

Rasim Balayevin ölümündən aylar əvvəlki görüntüsünü PAYLAŞDI - VİDEO

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

End of content

No more pages to load

RADİO