YUNESKO-nun ekspertləri Gürcüstanın Kutaisi şəhərinin yaxınlığında yerləşən Gelati monastır kompleksində araşdırma aparacaqlar.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Xarici mütəxəssislər məbəddə vəziyyəti araşdıracaq və müvafq tövsiyələr verəcəklər.
Qeyd edək ki, YUNESKO XII əsrdə inşa olunan Gelati monastırını 1994-cü ildə Ümumdünya İrs Siyahısına salıb.
Abidənin bərpası bir neçə il davam edib. Lakin işlərin başa çatdırılmasından sonra dam örtüyü su buraxmağa başlayıb və nəticədə qədim freskalara ciddi ziyan dəyib.
Gəncə qapılarının bir tayı məhz bu monastırda saxlanılır. Qapının bəzi hissələri çürüyüb, onun restavrasiyaya ehtiyacı var.
Bizim.Media


