İsrail Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatları ilə Livanın cənubuna endirdiyi zərbələr nəticəsində azı 7 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.
Qeyd olunub ki, zərbələrin çoxu Nəbatiyyə şəhərinin kənarında və “Hizbullah” bazalarının yerləşdiyi İqlim əl-Tuffah dağlıq bölgəsinə endirilib.
Bir Livan əsgəri daxil olmaqla bir neçə nəfər yaralanıb.
Bizim.Media