Bu gün Moskvanın mərkəzində, Pyatnitskaya küçəsində yerləşən məşhur gürcü restoranı "CjonCjoli"də yanğın baş verib.
Bizim.Media xəbər verir ki, REN TV-nin yaydığı kadrlarda restoran binasından qalın tüstünün çıxdığı görünür.
Moskva şəhər Fövqəladə Hallar İdarəsinin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbi kimi, yemək hazırlanması zamanı manqalda yığılan yağ qalığının alovlanması göstərilir.
Qeyd edək ki, bu, son zamanlar Moskvada restoranlarda baş verən yanğınlardan biridir. Məsələn, daha əvvəl Miasnitskaya küçəsində yerləşən başqa bir restoran da açıldıqdan bir ay sonra yanğın səbəbindən fəaliyyətini dayandırmışdı.
Bizim.Media