Ermənistanın paytaxtı İrəvanda silahlı qarşıdurma olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı yazıb.
Mənbə qeyd edir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Kanaker rayonunda qeydə alınıb.
Belə ki, zərərçəkənlərdən biri tibb mərkəzinə aparılarkən yolda ölüb, daha iki nəfər isə yaralı halda klinikaya aparılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə şübhəli bilinən iki şəxsi ələ keçiriblər.
Bizim.Media