“Pasxa atəşkəsi” təklifi Putin üçün asan diplomatik qələbə, Amerika tərəfinin münasibətləri kəsməsinə mane olmaq cəhdi və özünü hamıdan çox sülh istəyən lider kimi göstərmə üsuludur”.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Qeyd olunur ki, Putinin bu bəyanatı hərbi əməliyyatlarda fasiləyə razılıq verməzdən əvvəl münaqişənin “əsas səbəbləri” adlandırdığı məsələni həll etməli olduğu barədə bəyanatına uyğun davranışdır.
Bunlara Ukraynanın NATO-ya daxil olması və Moskvanın Ukraynada Rusiyanın mədəni təsirinin geri çəkilməsi kimi qəbul etdiyi məsələlər daxildir.
Qeyd edək ki, Putinin qərarına əsasən Rusiya tərəfi aprelin 19-u saat 18:00-dan (Bakı vaxtı ilə saat 19:00- red.) etibarən bütün hərbi əməliyyatları dayandıracaq. Atəşkəs rejimi aprelin 21-i saat 00-00-dək (Bakı vaxtı ilə 01:00) davam edəcək.
Bizim.Media