Kiyevdə Pasxa bayramında LGBT-yə aid "Günəşli dovşan" film festivalının keçirilməsinin əleyhinə aksiya təşkil olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri öz Telegram kanalında məlumat yayıb.
Məlumata görə, nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. “Jovten” kinoteatrının yaxınlığında polis LGBT festivalının əleyhdarlarının etirazını dağıdıb.
Məlumata görə, bəzi etirazçılar saxlanılıb.
Qeyd edək ki, festivalın təşkilatçıları tədbirin tarixlərinin “beynəlxalq festival təqviminə uyğun olaraq” razılaşdırıldığını bildiriblər.
Bizim.Media