Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.
Bizim.Media xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşım edib.
"Daha 277 ukraynalı əsgər Rusiya əsirliyindən azad edildi. Ukrayna Silahlı Qüvvələrinin, Ukrayna Milli Qvardiyasının, Dövlət Xüsusi Nəqliyyat Xidmətinin və sərhəd mühafizəsinin əsgərləri Donetsk vilayətində, Xerson, Zaporojya, Luqansk vilayətlərində Mariupol və digər əraziləri müdafiə ediblər. Ümumilikdə, genişmiqyaslı müharibə başlayandan indiyədək 4552 nəfər - əsgərlər və mülki şəxslər Rusiya əsarətindən evlərinə gətirilib”, - Ukrayna prezidenti yazıb.
Bizim.Media