Rusiyanın və keçmiş SSRİ-nin tanınmış artisti Mixail Boyarski Sankt-Peterburqda yerləşən Lensovet adına Akademik Teatrında tamaşa zamanı xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məşhur "Üç muşketyor"un “Dartanyan”ı tamaşanın premyerası zamanı pilləkənlərdən yıxılaraq xəsarət alıb. İlkin ehtimala görə, Xalq artistinin qabırğası sınıb.
Sənətçinin həyat yoldaşı Larisa Luppian açıqlama verərək qeyd edib ki, həkimlər hələlik Mixail Boyarskiyə çıxış etməyə icazə vermirlər, o, müalicə alır.
Bizim.Media