Gürcüstanda 3,1 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 14:50-də Raça-Leçxumi bölgəsinin Oni şəhərindən 7 kilometr cənub-şərqdə baş verib.
Dağıntı və ya tələfatla bağlı məlumat yoxdur.
Bizim.Media