Üç övladının gözü qarşısında ərinin qatili olan olan Aysu AZADLIĞA BURAXILDI

Gəncə məhkəməsi Bərdə rayonunda baş verən ailə faciəsi ilə bağlı qərar verib.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, hadisə 2023-cü ildə gecə saatlarında üç azyaşlı uşağın gözü qarşısında baş verib.

Məhkəmə sənədlərinə əsasən, Aysu Çərkəzli həyat yoldaşı Nurlan Çərkəzlini qəsdən öldürsə də, bu əməli anlaqsız vəziyyətdə törətdiyi müəyyən olunub və o, cinayət məsuliyyətindən azad edilib.

İstintaq və məhkəmə sənədlərinə əsasən, Aysu Çərkəzli uzun müddət ailədaxili zorakılığa məruz qalıb. Hadisə baş verən gecə isə Nurlan Çərkəzli spirtli içki qəbul etdikdən sonra evə qayıdaraq həyat yoldaşını hədələyib:

"Səni öldürəcəyəm, get, mətbəxdən bıçağı gətir".

Daha sonra evdə olan pnevmatik silahı güllə ilə dolduraraq Aysuya qarşı təzyiqləri davam etdirib.

Aysu həmin anda psixi gərginlik və qorxu içində mətbəxdən bıçaq gətirib və nəticədə həyat yoldaşına ölümcül zərbələr endirib.
 

Aysu Çərkəzlinin məhkəmədə bildirdiyinə görə, hadisə günü baş verənlər və Nurlanın davranışları onda "kəskin stres" və "patoloji affekt" yaradıb. Tibbi ekspertizanın rəyinə əsasən, Aysu "orta dərəcəli depressiv pozuntu" diaqnozu ilə həmin an anlaqsız vəziyyətdə olub. Bu səbəbdən o, törətdiyi əməli dərk və idarəetmə qabiliyyətini itirmiş hesab olunub.


Hadisə şahidi olan üç azyaşlı uşağın məhkəmədə verdiyi ifadələr də ailədə davam edən zorakılığın və gərginliyin izlərini təsdiqləyir. Uşaqlardan biri atasının anasına qarşı fiziki və psixoloji təzyiqlər göstərdiyini, bıçaqla vurulan anın şahidi olduğunu bildirib. Digərləri isə hadisə zamanı qorxudan yuxuya getdiklərini, səhər valideynlərini qan içində gördüklərini deyiblər.

Məhkəmə Aysu Çərkəzlinin əməli törədərkən psixi vəziyyətinin sabit olmadığını sübuta yetirərək onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edib. Qərara əsasən, Aysu Çərkəzli barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi tibbi müalicə tədbiri tətbiq olunacaq. Onun müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Bilal Əliyev Bakını TƏRK ETDİ – ÖZƏL

Bilal Əliyev Bakını TƏRK ETDİ – ÖZƏL

Hikmət Hacıyev: “Avropa Parlamentinin qərarlarının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur”

Hikmət Hacıyev: “Avropa Parlamentinin qərarlarının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur”

Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı VİDEO PAYLAŞDI

Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı VİDEO PAYLAŞDI

Heydər Əliyevlə xanımının yeni FOTOLARI

Heydər Əliyevlə xanımının yeni FOTOLARI

Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU

Diplomatlar Xankəndidə Qarabağ Universitetinin klinikasında – FOTO

Diplomatlar Xankəndidə Qarabağ Universitetinin klinikasında – FOTO

Sadiq Axundov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Sadiq Axundov yüksək vəzifəyə TƏYİN EDİLDİ

“Azeronline”a yeni Baş müdir təyin edilir

“Azeronline”a yeni Baş müdir təyin edilir

Nərimanovda geniş seçim: hazır və tikintisi davam edən mənzillər - “City Garden Narimanov”

Nərimanovda geniş seçim: hazır və tikintisi davam edən mənzillər - “City Garden Narimanov”

Şəhriyar Əliyevlə bağlı QƏRAR VERİLDİ

Şəhriyar Əliyevlə bağlı QƏRAR VERİLDİ

Prezident və ailəsi İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında – FOTO

Prezident və ailəsi İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında – FOTO

Xaricdən avtomobil gətirmək istəyənlərə XƏBƏRDARLIQ – Bu halda maşınınızdan OLACAQSINIZ!

Xaricdən avtomobil gətirmək istəyənlərə XƏBƏRDARLIQ – Bu halda maşınınızdan OLACAQSINIZ!

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Azərsun Holding inklüziv cəmiyyətin təşviqinə dəstəyini davam etdirir - FOTO

Azərsun Holding inklüziv cəmiyyətin təşviqinə dəstəyini davam etdirir - FOTO

Bankların adından kiberdələduzluq: Saxlanılanlar var – VİDEO

Bankların adından kiberdələduzluq: Saxlanılanlar var – VİDEO

Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi YARANDI - FOTO

Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsi YARANDI - FOTO

Okampo: “Mən pulları Rusiyada yaşayan ermənilərdən almışam” – VİDEO

Okampo: “Mən pulları Rusiyada yaşayan ermənilərdən almışam” – VİDEO

Ev alıb kirayə verən çox qazanır, yoxsa pulunu banka yatıran?

Ev alıb kirayə verən çox qazanır, yoxsa pulunu banka yatıran?

Sevdiyi qızı qaçırdığına görə hakim qarşısına çıxarıldı

Sevdiyi qızı qaçırdığına görə hakim qarşısına çıxarıldı

Kosmetoloq buxaqdan qurtulmağın yollarını AÇIQLADI

Kosmetoloq buxaqdan qurtulmağın yollarını AÇIQLADI

5 yaşadək uşaq ölümləri ilə bağlı QORXUNC RƏQƏMLƏR – Əsas səbəblər BƏLLİ OLDU

5 yaşadək uşaq ölümləri ilə bağlı QORXUNC RƏQƏMLƏR – Əsas səbəblər BƏLLİ OLDU

Azad edilmiş ərazilərdə nə qədər mina aşkarlanıb?

Azad edilmiş ərazilərdə nə qədər mina aşkarlanıb?

Diplomatlar Qarabağ Universitetinin gənc müəllimi ilə bir arada – VİDEO

Diplomatlar Qarabağ Universitetinin gənc müəllimi ilə bir arada – VİDEO

End of content

No more pages to load

RADİO