Müqəddəs Atəş üçün Qüdsə səfər edən arxiyepiskop Markell Kişinyov Beynəlxalq Hava Limanında gözlədilib.
Bizim.Media xəbər verir ki, o artıq ikinci dəfədir ki, Müqəddəs Ocaq üçün Kişinyovdan Qüdsə uçmağa cəhd edir və gömrükdə saxlanılır.
Markell jurnalistlərə açıqlamasında bildirib ki, onun avtomobili hava limanına gedərkən bir neçə dəfə saxlanılıb. Onun sözlərinə görə, avtomobilini dəyişmək məcburiyyətində qalıb.
Arxiyepiskop Markell əlavə edib ki, təhlükəsizlik qüvvələri Moldova hökumətinin müvəqqəti olduğunu başa düşməlidirlər və onlar “vicdanlarına sadiq qalmalı olacaqlar”.
Xatırladaq ki, ötən gün də ona müqəddəs atəş üçün Qüdsə uçmağa icazə verilməyib.
Bizim.Media