ABŞ prezidenti Donald Tramp qoşunlara cənub sərhədini keçən miqrantları saxlamaq səlahiyyəti vermək üçün Nyu Meksikodan Kaliforniyaya qədər 700 mil (1126 kilometr) federal ərazinin hərbi zonaya çevrilməsi haqqında sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Sərəncamla, sərhədi keçməyə çalışan miqrantlar təkcə ABŞ ərazisinə yox, hərbi əraziyə də daxil olmuş olacaqlar.
Vəziyyətə nəzarət etmək üçün sərhəd bölgəsinə infraqırmızı kameralarla təchiz edilmiş “Stryker” hərbi zirehli texnikası göndərilib.
Bizim.Media