Ukrayna vətəndaşı bitki yağı olan çənin içində gizlənərək, Ukraynadan Moldovaya qaçmağa cəhd edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, sərhədçilər keçid məntəqəsində yoxlama zamanı qeyri-adi yük aşkar ediblər. Bitki yağı olan bir çəndə, xüsusi hazırlanmış bərkidicilərin arasında naməlum kişi aşkarlanıb.
O, sürücü ilə razılaşaraq sinəsinə qədər yağ olan çəndə gizlənib və Vinnitsadan sərhədə qədər olan məsafəni qət edib.
Sözügedən şəxs və avtomobilin sürücüsü saxlanılıb.
Bizim.Media