Rusiya Federasiyası Ali Məhkəməsi Baş prokurorun iddiasını təmin edərək, ölkədə “Taliban” hərəkatının fəaliyyətinə qoyulmuş qadağanın qüvvədə olmasını dayandırmaq barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məhkəmə hakimi Oleq Nefedovun elan etdiyi qərarda deyilir: "Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı ilə daha əvvəl terrorçu təşkilat kimi tanınıb federal siyahıya salınan "Taliban" hərəkatının fəaliyyətinə qoyulan qadağanın qüvvəsi dayandırılıb".
Qərar dərhal hüquqi qüvvəyə minib.
Məhkəmə prosesi qapalı rejimdə keçirilib.
Bizim.Media