Əsədin Suriyadan qaçışının sensasion TƏFƏRRÜATI - Bu qədər nağd pul aparıb

Keçmiş Suriya prezidenti Bəşər Əsəd ölkədən qaçmazdan əvvəl 500 min dollar pul, qiymətli əşyalar, sənədlər, noutbuklar və məxfi məlumatlar olan sərt diskləri götürə bilib.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters 14 Suriya rəsmisinə, keçmiş liderə yaxın mənbəyə, peyk şəkillərinə, uçuş izləmə məlumatlarına və "WhatsApp" yazışmalarına istinadən xəbər.

Əsədin iqtisadi müşaviri Yassar İbrahim keçmiş prezidentin əmlakını, qohumlarını və köməkçilərini Birləşmiş Ərəb Əmirliklərinə daşımaq üçün istifadə edilən “Embraer Legacy 600” təyyarəsini icarəyə götürüb. Əsəd rejiminin süqutuna qədər 48 saat ərzində təyyarə ilə 4 gediş edib. Dəməşqdən Əbu-Dabidəki Əl Batin hava limanına ilk 2 reys dekabrın 6-da həyata keçirilib.

Həmin vaxt Əsəd ailəsinin üzvləri nağd pul, eləcə də rəsm və kiçik heykəllər daşıyaraq Suriyanı tərk ediblər.

“Embraer” dekabrın 7-də axşam saatlarında Suriya paytaxtından 3-cü dəfə havaya qalxıb və orada nağd pul kisələri, habelə maliyyə qeydləri, iclas protokolları, şirkət və əmlaka sahiblik məlumatları, pul köçürmələri və ofşor hesabların təfərrüatlarını özündə əks etdirən sərt disklər və elektron qurğular yüklənib.
 

Xatırladaq ki, 2024-ccü il dekabrın 8-də üsyançılar paytaxta daxil olduqdan sonra Dəməşq hava limanı bağlanıb və Əsəd Latakiyaya qaçıb. Sonuncu dəfə Əl-Batindən havaya qalxan “Embraer” Homs üzərində uçub və Rusiyanın Xmeymim aviabazasına enməzdən əvvəl təxminən 6 saat gözdən itib.


Bu dəfə Bəşər Əsədin silahlı tərəfdarlarının rəhbəri Həsən İbrahimin silahdaşı Əhməd Xəlil Suriyanı tərk edib. O, Xmeymim bazasına BƏƏ səfirliyinə məxsus zirehli maşınla gəlib və həmçinin Suriya Beynəlxalq İslam Bankındakı hesabından çıxardığı nağd pulu da aparırmış.
 

Hesab Dəməşqdə yerləşən Al-Burj Investments şirkətinə məxsusdur. Əsədin harada olduğu sona qədər, hətta yaxın ailə üzvlərindən də gizli saxlanılıb. Dekabrın 8-də o, Rusiyaya uçub və orada siyasi sığınacaq alıb. Reuters mənbələrinin məlumatına görə, İbrahim təyyarəni BƏƏ azad ticarət zonasında qeydiyyatdan keçmiş Flying Airline şirkətinin sahibi livanlı iş adamı Mohamad Wehbedən icarəyə götürüb.


Wehbe özü agentliyə bildirib ki, təyyarənin Suriyaya uçuşları ilə heç bir əlaqəsi yoxdur, təyyarəyə sahib deyil və bəzən onu adını açıqlamaqdan imtina etdiyi bir brokerdən icarəyə götürür. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ŞAD XƏBƏR: Yeni yol çəkilir - Bakıya tıxacsız gedəcəksiniz

ŞAD XƏBƏR: Yeni yol çəkilir - Bakıya tıxacsız gedəcəksiniz

Bu meyvə xərçəngin düşmənidir

Bu meyvə xərçəngin düşmənidir

Dollarla bağlı GÖZLƏNİLMƏZ QƏRAR – “Bu məhsullar BAHALAŞACAQ”

Dollarla bağlı GÖZLƏNİLMƏZ QƏRAR – “Bu məhsullar BAHALAŞACAQ”

Bu gün “Formula 1” Azərbaycan Qran-prisinə START VERİLƏCƏK

Bu gün “Formula 1” Azərbaycan Qran-prisinə START VERİLƏCƏK

BİZİM TƏQVİM:19 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:19 sentyabrda baş vermiş tarixi hadisələr

“Barselona” düşərgəsindən milliyə NARAZILIQ

“Barselona” düşərgəsindən milliyə NARAZILIQ

Buna görə illərdir imicini DƏYİŞMİR

Buna görə illərdir imicini DƏYİŞMİR

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Gec yatanlar risk altındadır - DİQQƏT

Gec yatanlar risk altındadır - DİQQƏT

Flora Kərimova uzun müddət sonra GÖRÜNTÜLƏNDİ - VİDEO

Flora Kərimova uzun müddət sonra GÖRÜNTÜLƏNDİ - VİDEO

Millimizin futbolçusu ƏMƏLİYYAT OLUNDU

Millimizin futbolçusu ƏMƏLİYYAT OLUNDU

İndoneziyada da GÜCLÜ ZƏLZƏLƏ oldu

İndoneziyada da GÜCLÜ ZƏLZƏLƏ oldu

Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

Qəzadan sonra yeriyə bilməyən MÜĞƏNNİ: “Ayağa qalxmaq istəyirəm” - VİDEO

Qəzadan sonra yeriyə bilməyən MÜĞƏNNİ: “Ayağa qalxmaq istəyirəm” - VİDEO

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

“Beşiktaş”da CİDDİ İTKİLƏR

“Beşiktaş”da CİDDİ İTKİLƏR

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO