Azərbaycanın tanınmış bankına etibar azalıb, əhali pulunu geri çəkir - ŞOK ARAŞDIRMA

2025-ci ilin birinci rübü “Yello Bank” üçün uğurlu olmayıb. Aprelin 1-nə qurumun aktivləri ilin əvvəli ilə müqayisədə azalıb. Belə ki, bankın aktivləri 1 milyard 279 milyon 637 min manatdan 1 milyard 260 min 888 min manata düşüb.

Bizim.Media  xəbər verir ki, "Teleqraf" bankın rüblük hesabatına istinadən xəbər verir ki, “Yello Bank”ın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri də azalıb. 2024-ci ilin sonundakı 229 milyon 962 min manatdan aprelin 1-i tarixinə 213 milyon 309 min manata düşüb.
 

Maliyyə qurumunun banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcminə gəlincə, ilin əvvəlindəki 61,743.80 min manatdan birinci rübün sonuna 21,124.40 min manata düşüb.


Bankın öhdəlikləri 2024-cü ilin sonundakı 1 milyard 135 milyon 645 min manatdan 2025-ci ilin ilk üç ayında 1 milyard 105 milyon 813 min manata qədər azalıb. Öhdəliklərin azalmasında əhalinin bankdan pullarını geri götürməsi rol oynayıb. Belə ki, maliyyə qurumunun depozit portfeli 2024-cü ilin son rübü ilə müqayisədə (928,774.35) 15 milyon 296 min manat azalaraq 913,477.90 min manata düşüb. Hesabat dövründə hüquqi şəxslər 24 milyon 337 min manatı bankdan çıxarıblar. Ümumilikdə bankın kredit portfeli 960,276.43 min manat, depozit portfeli isə 913,477.90 min manatdır.



Faiz gəlirləri azalıb

İlin üç ayında “Yello Bank”ın ötən ilin birinci rübü ilə müqayisədə kreditləşməni artırmasına baxmayaraq, faiz gəlirləri 0.48% azalıb. Belə ki, 2025-ci ilin 3 ayında bank 38 milyon 236 min manat kredit verib. Bu dövrdə faiz gəlirləri 40,789.15 min manat olub. Halbuki ötən ilin müvafiq dövründə bu rəqəm 40,984.21 min manat idi. Həmin vaxt bank 30,536.09 min manat kredit vermişdi.

Faiz gəlirlərinin azalmasında “Yelo Bank”ın Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirlərinin aşağı düşməsinin də payı olub. Bu istiqamətdə faiz gəlirləri 2024-cü ilin ilk rübündə 2,193.8 min manata qədər düşüb.

2025-ci ilin aprelin 1-i tarixinə bankın faiz xərcləri 13,105.43 (ötən ilin eyni dövründə 12,121.75 min manat) min manata çatıb. Xalis faiz gəliri 27,099.15 min manat, qeyri-faiz gəlirləri 4,113.57 min manat olub. Yeri gəlmişkən, 2024-cü ilin birinci rübündə bankın xalis faiz gəliri 27,024.77 min manat olub. Göründüyü kimi dəyişiklik yoxdur.

Bankın qeyri-faiz gəlirləri isə 72.71% i azalıb. Əgər 2024-cü ilin ilk rübündə “Yello Bank” 15,084.65 qeyri-faiz gəliri əldə etmişdisə, 2025-ci ilin birinci rübündə bu rəqəm 4,113.57 manat olub.

Azalma alınan haqq və kommisiya gəlirlərində, xarici valyutadan əldə olunan qeyri-faiz gəlirlərində baş verib.

Bankın faiz xərcləri 12 mln. 121.75 min manatdan 13 mln. 105.43 min manata yüksəlsə də, qeyri-faiz xərcləri 4 mln. manatdan çox azalaraq 26 mln. 629.95 min manatdan 22 mln. 261.19 min manata düşüb. Yeri gəlmişkən, qeyri-faiz xərclərinin tərkibində əmək haqqı və digər kompensiya növləri üzrə xərclərin ilin ilk rübündə 2024-cü ilin yanvar-fevral-mart ayları ilə müqayisədə azalması diqqət çəkir. Məsələn, bank ötən ilin sözügedən dövründə əmək haqqı və digər kompensiya növləri üzrə 16,509.33 min manat xərc çəkmişdisə, bu il 11,510.73 min manat xərcləyib. 4,9 milyon manat azalma o deməkdir ki, bank ya işçi ştatında ixtisara gedib, ya da əmək haqlarını aşağı salıb.



“Yello Bank”ın mənfəəti kəskin düşüb

Beləliklə, 2024-cü ilin ilk üç ayında “Yello Bank” 15,479.47 min manat xalis əməliyyat mənfəəti əldə etmişdisə, bu ilin eyni dövründə cəmi 8,951.53 min manat əməliyyat mənfəəti əldə edib. Bu da 42.15% azalma deməkdir. Dövr üzrə xalis mənfəəti 11,199.62 min manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.71% azdı. Həmin vaxt bank 14 mln. 125.50 min manat xalis mənfəət əldə etmişdi.

"Ümidsiz" kreditlər

Bankda 32 milyon 426 min manat kreditin vaxtı keçib. Vaxtı keçmiş kreditlərin portfeldə payı 3,38%-ə yüksəlib. Müqayisə üçün bildirək ki, 2024-cü ilin birinci rübündə vaxtı keçmiş kreditlər 26 milyon 635 min manat olub. Portfeldəki payı isə 3.32% təşkil edib. 960,276.43 min manat kredit portfelinin 916,747.57 min manatı standrt, 28,550.69 min manatını qeyri-standart kreditlər təşkil edir. Bunun da 20 milyon manatdan çox hissəsi ümidsizdir. Yəni 1 ildən artıqdır ki, bank əhaliyə verdiyi bu borcu geri ala bilmir. “Yelo Bank” bu səbəbdən də cəmi kreditlər üzrə ehtiyatlarını artıraraq 31,272.30 min manata çatdırıb.

Aldadıcı kredit faizləri

Sosial şəbəkələrdə verilən elanlarda, eləcə də mobil telefonlara gələn mesajlarda “Yello Bank” 10-12 faizlə nağd kredit təklif edir. Bankın rüblük hesabatında regionlar üzrə kreditlərin orta faiz dərəcələrinə diqqət yetirdikdə fərqli mənzərə ortaya çıxır. Belə aydın olur ki, bank bir Ordubad, bir də Zaqatalada aşağı faizlə yəni 7-8 faizlə kredit ayırır. Kreditləşmənin payının çox olduğu Bakıda faiz dərəcələri 15.53%-dən başlayır. Neftçala, Qobustan rayonlarında orta kredit faizləri hətta 20%-dən yüksəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

Paşinyan: “Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir”

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

“Qarabağ”ın legioneri Montoneqro yığmasına çağırıldı

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Müctəba Xamenei: “Türkiyəyə biz hücum etməmişik”

Polşa qoşunlarını İraqdan çıxartdı

Polşa qoşunlarını İraqdan çıxartdı

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Kiyevdən tapşırıq: Slavyanskdan əhali təxliyə edilir

Valverde “Atletik”dən ayrılacaq

Valverde “Atletik”dən ayrılacaq

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Ərdoğan: “İran ətrafındakı münaqişə regionda vəziyyəti daha da gərginləşdirib”

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Mbappe “Netflix”in serial ulduzu ilə sevgilidir? - FOTO

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

Ronaldo Ramazan bayramı ilə bağlı paylaşım etdi

FİFA İsraili cərimələdi

FİFA İsraili cərimələdi

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Tramp NATO müttəfiqlərini qorxaq adlandırdı

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

Çak Norris VƏFAT ETDİ

Çak Norris VƏFAT ETDİ

Bakıda ağır qəza: BMW yandı - FOTO

Bakıda ağır qəza: BMW yandı - FOTO

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

İncirlik bazasına hücum edilib? - RƏSMİ AÇIQLAMA

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Rusiya vətəndaşı Bakıda həbs edildi - 400 min manat QALMAQALI

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

İrandan Britaniyaya SƏRT XƏBƏRDARLIQ

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Rusiyadan Ənzəli limanının bombalanmasına reaksiya

Dizellə bağlı rəsmi məlumat

Dizellə bağlı rəsmi məlumat

End of content

No more pages to load

RADİO