Avropa İttifaqı (Aİ) mayın 6-da Rusiyanın enerji resurslarından imtinaya dair yol xəritəsini təqdim etmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin mənbələri bildirir ki, yol xəritəsi Rusiyanın enerji resurslarının idxalının azaldılması variantlarına həsr olunacaq.
Yol xəritəsinin daha sonra qanun layihəsi kimi hazırlanması gözlənilir. Təkliflər zərfində isə Avropa Komissiyası kvota və rüsumlar kimi ticarət alətlərindən istifadəni təklif edə bilər.
Bizim.Media