“Biz İslam Respublikasının radikal liderlərinin nüvə silahı əldə etməsinə icazə verməyəcəyik”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Salvador prezidenti ilə görüşdə “İslam Respublikasının nüvə obyektlərinə zərbə” endirib-endirilməyəcəyi ilə bağlı suala cavabında danışıb.
"Onların nüvə silahı olmamalıdır. Əgər çox çətin addım atmalı olsaq, bunu edəcəyik və bunu özümüz üçün deyil, bütün dünya üçün edəcəyik. Onlar radikaldırlar və nüvə silahı əldə etməməlidirlər.
Düşünürəm ki, İran bu ölkədəki axmaq insanlarla (Bayden nəzərdə tutulur) opponent olmağa öyrəşdikləri üçün bizi yola verir".
Bizim.Media