Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov həyat yoldaşı, Rusiyanın fiqurlu konkisürmə üzrə olimpiya çempionu Tatyana Navkanı yubileyi münasibətilə təbrik etmək üçün ad günü tədbirində buz üzərinə çıxıb.
Bizim.Media xəbər verir ki, Peskov 50 yaşı tamam olan həyat yoldaşına sevgisini etiraf edib və ona qızılgül buketi hədiyyə edib.
Daha sonra cütlük birlikdə “Onu bəyənirəm” mahnısının sədaları altında buz üzərində vals oynayıblar.
Qeyd edək ki, Peskov və Navka cütlüyü 10 ildir evlidir.
Bizim.Media