Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
“Qəza səbəbindən mərkəz, sürücülərin hərəkət sürətini azaldıb hadisə yerinə baxması səbəbindən isə Mərdəkan şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür”, - deyə məlumatda bildirilib.
Bizim.Media