Rusiya Ədliyyə Nazirliyi Rusiyanın ilk xarici işlər naziri Andrey Kozırevi xarici agentlər siyahısına daxil edib.
Bizim.Media “kommersant” nəşrinə istinadən xəbər verir ki, Ukraynada “xüsusi əməliyyat” başlayandan sonra Andrey Kozırev Rusiya diplomatlarını etiraz əlaməti olaraq istefaya çağırıb.
Bu ilin martında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kozırevin Ukrayna prezidenti Vladimir Zelenskiyə tövsiyə verməsini tənqid edib. Keçmiş nazir isə bildirib ki, Ukrayna lideri itirilmiş əraziləri geri qaytarmaq üçün müttəfiqlərindən silah tələblərini davam etdirməlidir.
Qeyd edək ki, Kozırev 1990-1996-cı illərdə xarici işlər naziri postunu tutub. O, 2012-ci ildən ABŞ-da yaşayır.
Bizim.Media