İndoneziya Türkiyənin beşinci nəsil qırıcı layihəsi olan KAAN-a qoşulmaq arzusunu ifadə edib.
Bizim.Media xəbər verir ki, bu barədə İndoneziya prezidenti Prabovo Subianto danışıb.
"Biz beşinci nəsil qırıcı KAAN-ın yaradılması layihəsində iştirak etmək istəyirik. Biz Türkiyənin gəmiqayırma layihələrinin bir hissəsi olmaq istəyirik. Türkiyənin müdafiə sənayesini inkişaf etdirmək təcrübəsi ilə maraqlanırıq", - o deyib.
Bundan əvvəl Səudiyyə Ərəbistanı hazırlanmaqda olan türk qırıcısı ilə maraqlandığını bildirmişdi.
Qeyd edək ki, türk qırıcı layihəsində artıq iştirak edən ölkələr Azərbaycan, Pakistan,
və Ukraynadır. Hazırda proqrama qoşulmaq üçün əudiyyə Ərəbistanı və Malayziya ilə danışıqlar aparılır.
Bizim.Media