Ukrayna “Starlink” analoqunun istehsalına başlayır.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynada Starlink modifikasiyalarının dizaynı və istehsalı üzrə ixtisaslaşmış “Stetman” şirkəti məlumat yayıb.
İsveçrənin “Requtech” şirkəti ilə qabaqcıl peyk terminallarının seriyalı istehsalına dair müqavilənin imzalandığı bildirilir.
İlkin mərhələdə, altı ay ərzində ayda 2000-dən 10.000-dək terminal istehsalı planlaşdırılır.
Bizim.Media