Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun Sankt-Peterburqda görüşü başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff bu gün Rusiyaya səfər edib. O, artıq Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevlə görüşüb.
Bizim.Media