"İran və ABŞ arasında dolayı danışıqlar məntiqi proseslə gedəcək".
Bizim.Media xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmmədrza Aref İran - ABŞ danışıqları ilə bağlı açıqlamasında deyib.
"İran və ABŞ arasında dolayı danışıqlar məntiqi proseslə gedəcək. İran hökuməti və xalqı heç vaxt bu ölkənin düşmənləri və bədxahlarının təhdidləri və əks planlarından qorxmayıb. Regionun təhlükəsizliyi və sülhü İranla yaxşı münasibətlərdən asılıdır.
İran həmişə danışıqlar və anlaşma yolunu alqışlayıb. Qarşı tərəf də yanlış sanksiya və təhdid siyasətini dayandırmalıdır", - İran rəsmisi bildirib.
Bizim.Media