Vaşinqton Panama hakimiyyəti ilə razılığa gəldi: ABŞ-ın hərbi gəmiləri kanaldan…

Vaşinqton ABŞ-ın hərbi və dəstək gəmilərinin kanaldan pulsuz və rüsumsuz keçməsi üçün Panama hakimiyyəti ilə razılığa gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqsetdən sitat gətirən Panama mediası müvafiq bəndin birgə deklarasiyaya salındığını yazıb.

Panamalı jurnalistlər isə həmin mətnin ingilisdilli versiyaya uyğun gəldiyini, ispandilli versiyada isə kompensasiya mexanizmi barədə danışıldığını qeyd edirlər.

“ABŞ-ın döyüş gəmiləri kanaldan pulsuz keçməyəcək. Biz kanaldan istifadəyə görə kompensasiya alacağıq”, - deyə Panama kanalı işləri üzrə nazir Xose Ramon İkasa vurğulayıb.

Bu arada Panama Kanalı İdarəsinin məlumatına görə, 1998-ci ildən 2024-cü maliyyə ilinin sonunadək 373 min 39 gəmi kanaldan keçib ki, onlardan yalnız 994-ü (0,3 faiz) ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sualtı qayıqları olub.

Xatırladaq ki, yanvar ayında ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimində çıxışı zamanı Panama hakimiyyətinin kanalı idarə edə bilmədiyini və Birləşmiş Ştatların ona nəzarəti bərpa edəcəyini deyib:

“Ən önəmlisi odur ki, kanala Pekin nəzarət edir. Biz kanalı Çinə deyil, Panamaya vermişik və onu geri alacağıq”.

Dövlət başçısı, həmçinin Panama hakimiyyətini ABŞ gəmilərindən çox yüksək tranzit haqqı almaqda günahlandırıb. O, vəziyyəti dəyişməyəcəkləri təqdirdə Panama kanalını ABŞ-a qaytarmaqla hədələyib və bu məsələdə güc tətbiqini istisna etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda bu şəxslərə 2 600 manat veriləcək – QƏRAR

DTX Akademiyasının rəisi: “Konstitusiyamızın təkmilləşdirilməsi üçün addımlar atmağın zamanı çatıb”

600-dən çox bal toplayanlar üçün XÜSUSİ LAYİHƏ

Türkiyədə meşə yanğınlarında həlak olanlara şəhid statusu veriləcək

"Formula 1" zamanı azarkeş zonasına keçirilməsi qadağan olan əşyaların SİYAHISI

DYP-dən Lənkəranda məktəbli bacı-qardaşın öldüyü qəza ilə bağlı ÇAĞIRIŞ – FOTO

“Süni intellekt bəzi vəzifəlilərdən yaxşı işləyər” – Razi Nurullayev

Baş məşqçidən Mahir Emreli ilə bağlı tərif dolu SÖZLƏR

Tanınmış aktrisa 100 minə müvəqqəti ər axtarır – FOTO

Siyavuş Novruzov: “Deyirdilər ki, ölkəmizin adı “Şimali Azərbaycan” olsun”

İsrail-Fransa gərginliyi PİK HƏDDƏ – “Cavabımız sərt olacaq”

Dərmandan ətirə, stomatologiyadan kosmetikaya – Gömrükçülərimizdən ƏMƏLİYYAT

Formula 2 üzrə ilk sərbəst yürüş BAŞA ÇATDI

Uşaqlıq xatirələrindən danışan Nazilə göz yaşlarına boğuldu – VİDEO

Bakıdakı pişik bir günə məşhurlaşdı - Video - Fotolar

Kürdəmirdə yolu keçmək istəyən yeniyetməni maşın VURUB

Komitə sədrindən Konstitusiya dəyişikliyi ilə bağlı AÇIQLAMA

Göygöldə DAVA: Qayınata gəlinini balta ilə vurdu

Köhnə qitədə XAOS BAŞLADI – Avropanın xilası üçün bircə yol QALIR...

Xaçmazda yol kənarından kişi MEYİTİ tapıldı

“Qarabağ”ın rəqibi səfərdə məğlub oldu – VİDEO

Xınalıq məktəbində təmir işləri YEKUNLAŞIR - FOTO

Buraxılış imtahanlarının proqramları AÇIQLANDI

Şair Əlisəmid Kürün SON VƏZİYYƏTİ

Şair Əlisəmid Kürün SON VƏZİYYƏTİ

End of content

No more pages to load

RADİO