10 dəqiqəyə 4 trilyon QAZANC – Tramp bunu NECƏ BACARDI?

ABŞ Prezidenti Donald Tramp Azərbaycan da daxil olmaqla, 75-dən çox ölkənin mallarına rüsumların tətbiqini 90 gün ertələyib.

Bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb. 

"75-dən çox ölkənin Birləşmiş Ştatların nümayəndələrini ticarət maneələri, tariflər, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı müzakirə olunan məsələlərin həlli üçün danışıqlar aparmağa çağırması faktına əsaslanaraq, mən 90 günlük fasilə və əhəmiyyətli dərəcədə azaldılmış qarşılıqlı tarifə icazə verdim”, - ABŞ prezidenti qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın qərarı ilə ölkəyə idxal olunan məhsullara tətbiq ediləcək yeni vergi dərəcələri müəyyəm edilib. Və vergi dərəcəsi tətbiq edilən siyahıya ümumilikdə 185 ölkə daxil edilib. Trampın bu qərarı aprelin 5-də qüvvəyə mindi.

4 gündə nə dəyişdi?

Qərar qüvvəyə minər-minməz dünyanın iqtisadi həyatında çox böyük bir təlatüm başladı.

Birjalarda kəskin ucuzlaşma baş verdi. Ən böyük zərər görənsə neft-qaz sektoru oldu. Bu sahədə birja qiymətləri son 4 ilin ən aşağı həddinə düşdü. Təbii ki, iqtisadiyyatında neft-qazın aparıcı rol oynadığı ölkələr bundan çox böyük ölçüdə ziyan gördü. Məsələn, Venesuelada düşən qiymətlərin sığortalanması və ölkə iqtisadiyyatını defoltdan xilas etmək üçün  fövqəladə vəziyyət elan edildi.

Təbii ki, Trampın bu qərarı dünyanın ən böyük əmtəə istehsalçısı olan Çin iqtisadiyyatına da təsirsiz ötüşmədi. Son günlər yuan sürətlə dəyər itirməyə başladı. Çindən Amerikaya göndərilən yüz milyonlarla dəyərində əmtəə limanlarda qaldı. Bunu görən rəsmi Pekin ABŞ məhsullarına da da 34 faizlik vergi tətbiq edəcəyini bildirdi.

Amma rəsmi Vaşinqtonun da bu təhdidə qarşı cavabı gecikmədi. Amerika lideri bəyan etdi ki, ABŞ Çin mallarına tətbiq edilən rüsumları dərhal 125%-ə qaldıracaq.

Bundan sonra isə digər ölkələr kimi Çin höküməti də Ağ Evlə dil tapmağa çalışdı. Amma Tramp qərarından geri çəkilmək fikrində deyildi. Qərar qüvvəyə minəndən sonra Tramp bəyan etdi ki, ABŞ-ın idxal olunan mallara tətbiq etdiyi tariflər ölkəyə gündəlik 2 milyard dollar gəlir gətirir.

O, bildirib ki, Vaşinqton öz mallarını ABŞ-a ixrac etmək istəyən 70-dən çox ölkə ilə danışıqlar aparır:

"Problem odur ki, biz bu qədər ölkəni tez bir zamanda qəbul edə bilmirik, lakin buna ehtiyac da yoxdur. Çünki tariflər işləyir və ölkəyə daha əvvəl görmədiyimiz səviyyədə pul axır”.

Tramp hədəfinə çatdı

Beləcə, Tramp tək bir qərarı ilə dünyanın aparıcı dövlətlərini dizə gətirdi. Son nəticədə isə ABŞ cəmi 10 gündə trilyonlarla dollar qazanc əldə etdi. Hətta Demokratların Çinə qarşı Tayvan layihəsini puça çıxardı. Tramp sübut etdi ki, ağıllı iqtisadi siyasət istənilən müharibə layihəsindən daha mənfəətlidir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, sadəlövh insanlar düşünür ki, Tramp rəhmə gəldi və sərt tarif qərarını 90 gün təxirə saldı:

“Xeyr! Tramp sərt tarif qərarını 90 gün təxirə salmaqla cəmi 10 dəqiqə ərzində ABŞ birjalarına 4 trilyon dollar qazandırdı.  Bəli, cəmi 10 dəqiqə. Halbuki, müharibə yolu ilə 4 trilyon qazanmaq üçün illərlə döyüşmək lazımdır. Siyasətdə isə 4 trilyon qazanmaq üçün 10 illərlə siyasi mübarizə aparmaq lazım gəlir.

Ölümcül virus xəbərinin dünyanı silkələməsi üçün aylar lazım gəlir. Amma bir iqtisadi manevr 10 dəqiqə içində planeti oyuncaq kimi oynadır.

Tramp öz rəqiblərini hədələyərək, əlini şalvarının kəmərinə yaxınlaşdıranda birjalar çökür. Əlini geri çəkəndə isə bazarlar nəfəs alır, iqtisadiyyat rahatlayır. Davranış iqtisadiyyatı dediyimiz anlayışın canlı laborator nümunəsi məhz budur”.

Tək bir qərarı ilə Tramp sübut etdi ki, ABŞ supergücdür və belə olmaqda davam edəcək.

İstənilən ölkə özünü müstəqil və güclü hesab etsə belə Ağ Evin bir qərarı ilə nəinki həmin ölkə, hətta dünya öz məhvərindən oynaya bilir. Bu hadisə bir də onu sübut etdi ki, iqtisadiyyat – bütün sahələrin başında gəlir. Ən ölümcül virus da, ən sərt müharibə qərarı da qlobal iqtisadi sistemdə belə ani effekt yarada bilmir.

Nəzərə alaq ki, Tramp öz qərarından geri çəkilməyib. Sadəcə bu qərarın bəzi ölkələri tətbiqini 3 ay ləngidib.

Bu nə deməkdir?

Bu o deməkdir ki, Ağ Ev dünya ölkələri ilə bazarlığa oturur. Yaxın 3 ayda hansı ölkə Vaşinqtonun tələblərini yerinə yetirməsə, o zaman həmin ölkələrə yeni vergi dərəcəsi tətbiq olunacaq. Maraqlıdır ki, bəzi ölkələr artıq Vaşinqtonla dil tapmağı bacarıb. Məsələn, Səudiyyə Ərəbistanı və BƏƏ yaxın zamanlarda ABŞ-a 2 trilyon dollar sərmayə yatırmağı boynuna götürüb. Yəqin ki, yaxın günlərdə digər ölkələrdən də anoloji addımları görəcəyik.

Bütün bunlarsa onu göstərir ki, müasir iqtisadiyyatda bu günə qədər qəbul edilmiş və iqtisadi elm mərkəzlərində, universitetlərdə tədris edilməkdə olan iqtisadi nəzəriyyələrin əksər prinsipləri artıq işləmir. Dünya inzibati qaydada qlobal güclər tərəfindən idarə olunur. Bu inzibatçılıqdan xilas üçünsə dünyanın yeni iqtisadi nəzəriyyələrə ehtiyacı var.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə ağır QƏZA: 3 qadın xəstəxanalıq oldu – ADLAR/FOTO

Gəncədə ağır QƏZA: 3 qadın xəstəxanalıq oldu – ADLAR/FOTO

Şirvanda evdə partlayış oldu: Xəsarət alan var - VİDEO

Şirvanda evdə partlayış oldu: Xəsarət alan var - VİDEO

Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB

Məktəblilər 10 gün dərsə getməyəcək - SƏBƏB

“Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq - VİDEO

“Gedən cismimdir, ruhum sizinlədir” – Bu gün Azərbaycan tamaşaçısı Rasim Balayevlə vidalaşacaq - VİDEO

Məsafədən bank hesabı açılması qaydaları QÜVVƏYƏ MİNDİ

Məsafədən bank hesabı açılması qaydaları QÜVVƏYƏ MİNDİ

Qaraçuxurda ağac yola aşdı - Hərəkət məhdudlaşdı – FOTO

Qaraçuxurda ağac yola aşdı - Hərəkət məhdudlaşdı – FOTO

Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa ÇIXIR

Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa ÇIXIR

Qəbələdə ev YANDI – FOTO

Qəbələdə ev YANDI – FOTO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

İsrail Tehrana kütləvi hava hücumu etdi – VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Rasim Balayevin cənazəsi ölkəyə GƏTİRİLDİ - VİDEO

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

Tramp Venesuela ssenarisinə uyğun İran neftini almaq İSTƏYİR

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

GÜNÜN HAVASI: 20 dərəcə isti, yağış, qar...

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

Zob haqqında doğru bildiklərimiz YALAN imiş – Niyə ən çox qadınlar bu xəstəlikdən əziyyət çəkir?

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

"Brent" neftin qiyməti 19 martdan bəri ilk dəfə 115 dolları keçib

Vinisius məşqlərə geri döndü

Vinisius məşqlərə geri döndü

Damarları açır, ürəyi gücləndirir

Damarları açır, ürəyi gücləndirir

Elçinin yağış sevgisi

Elçinin yağış sevgisi

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

"Mənim kimi müğənni "Jiquli"də gəzməlidir?"

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Tottenhem” İqor Tudorla yollarını ayırdı

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

“Bloomberg”dən nüvə silahları ilə bağlı QORXUNC YAZI

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Zamiq Hüseynovun xanımından istəyi - VİDEO

Kadi "Qarabağ"dan gedir?

Kadi "Qarabağ"dan gedir?

İsrail yenə Tehrana zərbə endirir

İsrail yenə Tehrana zərbə endirir

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

Gözlənilən matçın biletləri sabahdan satışa çıxır - FOTO

End of content

No more pages to load

RADİO