Cənubi Koreya əsgərləri sərhədi keçən Şimali Koreya əsgərlərinə xəbərdarlıq atəşi açıblar.
Bizim.Media "AP News"a istinadən xəbər verir ki, bu barədə informasiyanı Cənubi Koreya rəsmiləri yayıb.
Məlumata görə, Şimali Koreya əsgərləri sərhədin şərq hissəsində hərbi demarkasiya xəttini pozublar.
Cənubi Koreya hərbçilərinin bildirdiyinə görə, 10 Şimali Koreya əsgəri xəbərdarlıq atəşindən sonra Şimala qayıdıb.
Cənubi Koreya hərbçiləri Şimali Koreyanın hərəkətlərini yaxından izlədiklərini qeyd ediblər.
Bizim.Media