Bu gün ABŞ-da bütün ştatlarda Trampın siyasətinə qarşı 1200-ə yaxın nümayiş planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik aksiyaların əsas şüarının “Demokratiyamızdan əl çək” olacağını və ABŞ-dan başqa Kanada, Böyük Britaniya, Fransa, Almaniya, Meksika və Portuqaliyada da tədbirlərin keçirildiyini yazıb.
Bizim.Media