Yaxın günlərdə artırılacaq müavinət və pensiyaların TAM SİYAHISI

Prezident İlham Əliyev ötən il dekabrın 23-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamda Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlanıb Prezidentə təqdim edilməsi tapşırılmışdı. Bu müddət mart ayının 23-də başa çatıb.

Bizim.Media xəbər verir ki, Sərəncamda göstərilən müddətdə Nazirlər Kabineti təklifləri hazırlayaraq ölkə başçısına göndərib. Beləliklə, yaxın zamanlarda Azərbaycanda aşağıdakı müavinətlərin və təqaüdlərin artırılacağı gözlənilir.

Dövlət qulluqçularına ömürlük müavinət

İnzibati və yardımçı dövlət qulluğu vəzifəsində minimum, yəni 15 il dövlət qulluğu stajı olmayan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda, onların əmək pensiyası almaq hüququ olmadıqda dövlət tərəfindən bu şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq müavinət ödənilir.

Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayı üzrə orta aylıq məvacibinin 15 faizini təşkil edir. Müavinət ömürlük təyin olunur,

Yaşa görə müavinət

Əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 64 yaşına çatmış qadınlara sosial yardım göstərilməsi məqsədilə aylıq 220 manat yaşa görə müavinət verilir.

Əlilliyə görə müavinət

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 270 manat;

Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 220 manat;

Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 150 manat verilir.

Ailə başçısını itirməyə görə müavinət

Bu müavinət ailə başçısının itirilməsinə görə ailədə əmək qabiliyyəti olmayan və pensiya almayan şəxslərə sosial yardım göstərilməsi məqsədilə dövlət tərəfindən verilən aylıq pul vəsaitidir. Müavinətin məbləği 120 manatdır və vəfat etmiş ailə başçısının aşağıdakı ailə üzvlərinə müəyyən müddətə təyin edilir:

vəfat etmiş şəxsin 18 yaşına çatanadək uşaqlarına. Uşaq əyani təhsil aldıqda təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla;

vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına - əlillik müddətinə;

vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və yaşından və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına verilən müavinət

Şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda dövlət tərəfindən onun uşaqlarına sosial yardım göstərilməsi məqsədilə aylıq 120 manat müavinət verilir.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinət

Dövlət tərəfindən əlavə sosial yardım göstərilməsi məqsədilə aylıq 120 manat müavinət verilir.

1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət

Ünvanlı dövlət sosial yardımı alan ailədə 1 yaşınadək uşaq üçün dövlət tərəfindən əlavə dəstək məqsədilə uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq 100 manat məbləğində müavinət verilir.

Beşdən çox uşağı olan qadınlara müavinət

Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə bu hüququn yaranmasına səbəb olmuş uşağı, yəni altıncı uşağı bir yaşına çatdıqda dövlət tərəfindən sosial yardım məqsədilə aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir.

Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün dövlət tərəfindən sosial yardım göstərilməsi məqsədilə müavinət verilir. Müavinətin məbləği 3-18 yaş arası uşaq üçün 200 manat, 0-18 yaş arası əlilliyi müəyyən edilmiş uşaq üçün 600 manatdır.

Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə

Müavinətin məbləği:

himayədar ailəyə verilmiş 0-6 yaş arası uşağa görə - 355 manat, 7-13 yaş arası uşağa görə - 375 manat, 14-18 yaş arası uşağa görə - 395 manat;

himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş 0-6 yaş arası uşağa görə - 395 manat, 7-13 yaş arası uşağa görə - 415 manat, 14-18 yaş arası uşağa görə - 435 manat.

Təqaüdlər:

"Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə Prezident təqaüdü - 2000 manat;

"Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxslərə Prezident təqaüdü - 1800 manat.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü -1500 manat.

Şəhid ailəsi üçün Prezident təqaüdü - 600 manat;

20 Yanvar şəhidinin ailəsi üçün Prezident təqaüdü - 600 manat;

Əfqanıstanda həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Prezident təqaüdü - 600 manat.

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Prezident təqaüdü:

müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 500 manat;

müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 400 manat;

müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 330 manat.

1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Prezidenti təqaüdü - 330 manat;

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdü - 300 manat.

Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Prezident təqaüdü:

fəlsəfə doktorları üçün - 300 manat;

elmlər doktorları üçün - 500 manat.

Fəxri adlara görə aylıq təqaüd

"Xalq" fəxri adı verilmiş şəxslərə - 200 manat;

"Əməkdar" fəxri adı verilmiş şəxslərə - 150 manat.

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezident təqaüdü - 200 manat.

Müharibə veteranlarına Prezident təqaüdü - 80 manat.

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdü 100 manat nəzərdə tutulub.

Artımların hansı həcmdə olacağı məlum deyil.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq ilin əvvəlindən minimum əməkhaqqı 345 manatdan 400 manata qaldırılıb. Habelə əmək pensiyalarının məbləği fevralın 1-dən 280 manatdan 320 manata çatdırılıb.

Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əməkhaqqının artım səviyyəsinə görə müəyyənləşdirilib. Ötən il inflyasiya və maaş artımlarının nisbətinin 8.5 faiz müəyyən edildiyini də nəzərə alsaq, yaxın günlərdə müavinət və təqaüdlərin 10-15 faiz civarında artırılacağını ehtimal etmək olar.

Qeyd edek ki, 2025-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 811 milyon manat ayrılıb. Bu, 2024-cü illə müqayisədə 420 milyon manat artıqdır.

Xatırladaq ki, 2024-cü ildə bu istiqamət üçün 4 milyard 391 milyon manat ayrılmışdı. (AzPolitika)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İcra başçısı brend geyimi ilə DİQQƏT ÇƏKDİ

İcra başçısı brend geyimi ilə DİQQƏT ÇƏKDİ

Bakıda Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin iştirakı ilə kurs keçirilir - FOTO

Bakıda Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin iştirakı ilə kurs keçirilir - FOTO

Bakının BU YOLLARINDA tıxac var

Bakının BU YOLLARINDA tıxac var

"Liverpul"la oyunu BURAXACAQLAR

"Liverpul"la oyunu BURAXACAQLAR

Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə İMZALANDI

Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə İMZALANDI

UEFA Gənclər Liqası: “Qarabağ” “Benfika”ya böyük hesabla uduzdu

UEFA Gənclər Liqası: “Qarabağ” “Benfika”ya böyük hesabla uduzdu

İsrailin müdafiə naziri: “Qəzzanı ələ keçirmək istəyirik, çünki…”

İsrailin müdafiə naziri: “Qəzzanı ələ keçirmək istəyirik, çünki…”

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı – FOTO

BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı – FOTO

Cəlilabadda məktəbdəki qətl söyüş üstündə olub – TƏFƏRRÜAT

Cəlilabadda məktəbdəki qətl söyüş üstündə olub – TƏFƏRRÜAT

İlham Əliyev BƏƏ Prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

İlham Əliyev BƏƏ Prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü keçirildi – FOTO - YENİLƏNİB

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü keçirildi – FOTO - YENİLƏNİB

Tovuzlu futbolsevərlərə ŞAD XƏBƏR – VİDEO

Tovuzlu futbolsevərlərə ŞAD XƏBƏR – VİDEO

Rusiyanın PUA hücumuna NATO-dan SƏRT CAVAB – Polşa müharibə meydanına ÇEVRİLİR?

Rusiyanın PUA hücumuna NATO-dan SƏRT CAVAB – Polşa müharibə meydanına ÇEVRİLİR?

Bu tarixlərdə yararsız pullarınızı dəyişdirə bilməyəcəksiniz

Bu tarixlərdə yararsız pullarınızı dəyişdirə bilməyəcəksiniz

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirildi - FOTO

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirildi - FOTO

İlhamə Quliyevanın tacı görün kimə hədiyyə edildi

İlhamə Quliyevanın tacı görün kimə hədiyyə edildi

İndi hamı bu ailədən DANIŞIR: 7 uşaq atası ilə MÜSAHİBƏ

İndi hamı bu ailədən DANIŞIR: 7 uşaq atası ilə MÜSAHİBƏ

Məktəbdəki bıçaqlanma ilə bağlı RƏSMİ AÇIQLAMA - "Aralarında problem olmayıb"

Məktəbdəki bıçaqlanma ilə bağlı RƏSMİ AÇIQLAMA - "Aralarında problem olmayıb"

“Qarabağ”ın istədiyi hücumçu Türkiyə klubuna KEÇDİ

“Qarabağ”ın istədiyi hücumçu Türkiyə klubuna KEÇDİ

Cəlilabadda dava salan şagirdlər bir partada oturublar - TƏFƏRRÜAT

Cəlilabadda dava salan şagirdlər bir partada oturublar - TƏFƏRRÜAT

Şuşada İlham Əliyevin adından BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verildi – FOTO

Şuşada İlham Əliyevin adından BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verildi – FOTO

XƏBƏRDARLIQ! Dolu düşəcək, sulu qar yağacaq – BU TARİXƏDƏK

XƏBƏRDARLIQ! Dolu düşəcək, sulu qar yağacaq – BU TARİXƏDƏK

Polis Bərdədə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR - FOTO

Polis Bərdədə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR - FOTO

End of content

No more pages to load

RADİO