Səhiyyə sahəsində HƏYƏCAN TƏBİLİ – Peşəkar əczaçı ÇATIŞMIR

Ölkədə ciddi əczaçı çatışmazlığı var. Hazırda Azərbaycanda mövcud olan 3 min 300-ə yaxın aptekin təxminən 1 650-nə əczaçı tələb olunur. Kadr çatışmazlığı onunla izah olunur ki, gənclərin bu peşəyə marağı çox aşağı səviyyədədir. Üstəlik, ali məktəblərdə əczaçılıq ixtisası üzrə plan yerlərinin sayı həddindən artıq azdır.

Nəzərə alaq ki, bir zamanlar Tibb Universitetində əczaçılıq fakültəsini rus bölməsi ilə birgə hər il 150 nəfər bitirirdi. İndi isə bu say cəmi 40-50 nəfərdir.

Peşəkar kadr çatışmazlığı üzündə apteklərin bir çoxu hətta 6 aylıq kurs keçən gəncləri işə götürürlər. Bu isə qanun pozuntusudur.
 

Ona görə də aptekdə çalışan və dərman vasitələrinin buraxılışını həyata keçirən şəxs və ya şəxslər ali və ya orta əczaçılıq təhsilinə malik olmadığı halda İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 min manatadək məbləğdə cərimə olunur.


Əczaçı çatışmazlığı isə keyfiyyətli xidmətə ciddi əngəl yaradır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyir ki, hazırda müşahidə olunan əczaçı çatışmazlığı təəssüf ki, vətəndaşlarımızın dərmanlara rahat çıxış imkanlarını müəyyən qədər çətinləşdirir:

“Bu vəziyyət ən çox pasiyentlərimizin rahatlığına və sağlamlıq xidmətlərinin effektivliyinə mənfi təsir göstərir. Əczaçıların səhiyyə sistemində oynadığı əhəmiyyətli rol nəzərə alınarsa, mövcud vəziyyətin yaxşılaşdırılması üçün müvafiq qurumlar tərəfindən əlavə təşviqedici addımların atılması və bu sahədə kadr hazırlığının gücləndirilməsi məqsədəuyğun olardı. Belə tədbirlər nəticəsində həm əhali, həm də səhiyyə işçiləri üçün daha əlverişli şərait yaradılacağına inanırıq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin köməkçisi: Azərbaycanda bütün tarixi, mədəni və dini abidələr mühafizə edilir - VİDEO

Prezidentin köməkçisi: Azərbaycanda bütün tarixi, mədəni və dini abidələr mühafizə edilir - VİDEO

Bu gün və sabah BU BÜRCLƏR üçün uğur qapıları açılacaq

Bu gün və sabah BU BÜRCLƏR üçün uğur qapıları açılacaq

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Milli Məclis: “Erməni lobbilərinin yeni dezinformasiya dalğası aşkarlanıb”

Milli Məclis: “Erməni lobbilərinin yeni dezinformasiya dalğası aşkarlanıb”

Xəzərdə zəlzələ olub

Xəzərdə zəlzələ olub

Bakıda DƏHŞƏT - Yolu keçmək istəyən iki piyada canından oldu – ANBAAN VİDEO

Bakıda DƏHŞƏT - Yolu keçmək istəyən iki piyada canından oldu – ANBAAN VİDEO

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - FOTO

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - FOTO

Zelenski Ermənistana səfər edəcək

Zelenski Ermənistana səfər edəcək

Şəkidə DƏHŞƏT - Canavar sürüsü kəndə girib 30-a yaxın qoyunu parçaladı - FOTO

Şəkidə DƏHŞƏT - Canavar sürüsü kəndə girib 30-a yaxın qoyunu parçaladı - FOTO

Komitə sədrindən ÇAĞIRIŞ: “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik”

Komitə sədrindən ÇAĞIRIŞ: “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik”

Ağstafada evdə YANĞIN – VİDEO

Ağstafada evdə YANĞIN – VİDEO

Bu çay yarım saata insanı YATIZDIRIR

Bu çay yarım saata insanı YATIZDIRIR

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

Diplomatlar Şuşada - VİDEO

Diplomatlar Şuşada - VİDEO

Aygün Kazımovanın səhhəti PİSLƏŞDİ - FOTO

Aygün Kazımovanın səhhəti PİSLƏŞDİ - FOTO

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək

TikTok"da tələbələr üçün yeni funksiya

TikTok"da tələbələr üçün yeni funksiya

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

Bakıda daha 30 metro stansiyası yaradılır – DETALLAR

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

İsrail hücumları davam edir: Livanda ölənlərin SAYI...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

Günün qoroskopu: Siz hər şeyi hiss edir və anlayırsınız...

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

İnsanı xoşbəxt və rahat edən HORMON: nə vaxt yaranır?

End of content

No more pages to load

RADİO