ABŞ hökuməti Azad Avropa/Azadlıq Radiosundan Rusiya ərazisinə rusdilli proqramlar yayımlayan peyki söndürüb.
Bizim.Media xəbər verir ki, bu barədə media korporasiyasının rəhbəri Stiven Kapus məlumat verib.
“Biz bu gün işə gəldik və gördük ki, Rusiyanı əhatə edən peyk xidmətləri ABŞ-ın Qlobal Media Agentliyi (USAGM) tərəfindən bağlanıb”, – Stiven Kapus AFP-yə bildirib.
Bizim.Media