Bu ilin mart ayının ortalarına olan məlumata görə, Türkiyədə 1 milyon 76 min 643 əcnəbiyə yaşamaq icazəsi verilib.
Bizim.Media bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Mənbə qeyd edir ki, onlardan 84 min 85-i Azərbaycan vətəndaşıdır.
Qurum, həmçinin bu ilin əvvəlindən Türkiyədə 29 mindən çox qeyri-leqal miqrantın saxlanıldığını bildirib. Bu rəqəmin 2020-ci ildən bəri 1 milyon 80 minə çatdığı vurğulanıb.
Nazirliyin məlumatına görə, saxlanılan miqrantların ən çoxu Əfqanıstandandır. Daha sonra Suriya vətəndaşları gəlir.
Bundan əlavə, 2020-ci ildən qeyri-leqal miqrasiyanın təşkili ilə məşğul olan 2169 nəfər saxlanılıb.
Bizim.Media