Yaddan çıxmış sənətkarlar - Nuruşbala kimi tanındı, fəxri adı olmadı – FOTO

O, qədri bilinməyən, potensialından tam istifadə edilməyən istedadlı aktyorlardan biri idi. Yazılı mənbələrdə haqqında məlumat çox azdır.

Aktyor Nadir Əsgərov... Bəlkə də bu ad-soyad çoxlarına heç nə demir... Amma rollarına tamaşa edəndə, söhbətin hansı aktyordan getdiyi dərhal anlaşılır. Onun bəzi filmlərdə canlandırdığı epizodik rolları yaşlı tamaşaçılar yəqin ki, unutmayıb.

Bizim.Meda xəbər verir ki, “modern.az” saytının “Yaddan çıxmış sənətkarlar” layihəsi bu dəfə aktyor Nadir Əsgərovu sizə xatırladır.

Əslən Xaçmaz rayonunun Qaraçı kəndinən olan Nadir Əsgərov 1936-cı ildə dünyaya gəlib. O, 60 illik ömrünün 40 ilini kino sənətinə həsr edib. Amma bir çox həmkarları ilə müqayisədə əziyyəti layiqincə qiymətləndirilməyib. Heç bir fəxri ada layiq görülməyib…
Nadir Əsgərov epizodik rollar ifa etsə də, özünəməxsus oyun tərzi ilə seçilirdi. Aktyor səhnədəki özünəxas hərəkətləri, səsi, mimikası və bədən dili ilə özünü auditoriyaya qəbul etdirə bilmişdi.
 

Nadir Əsgərov bir sıra filmlərdə çıxış edib. Nədənsə rejissorlar ona epizodik rolları həvalə ediblər.


“Uşaqlığın son gecəsi”ndə məhəllə sakini, “Yeddi oğil istərəm”də Keçəl, “Var olun, qızlar”da qarpızsatan, “Xatirələr sahili”ndə aşpaz, “Rəqiblər”də pivə içən Nadir, “Alma almaya bənzər”də Mürvət, “Şir evdən getdi”də yanğınsöndürən, “Evlənmək istəyirəm”də balabançalan, “Dəvətnamə”də çayçı və s...

Nadir Əsgərovu yaddaşlara həkk edən obrazlarından biri də"Nuruşbala" olub. Çoxları elə onu Nuruşbala kimi tanıyır, nəinki öz adı ilə... Bu obraz onun ən tanınan və sevilən rollarından biri idi. Nadir Əsgərov bu rolu elə ustalıqla ifa edib ki, Nuruşbala obrazı uzun illər boyunca tamaşaçıların yaddaşında qalıb.

Sənət yoldaşları onu “epizodik rolların mahir ifaçısı” adlandırırdılar.

Nadir Əsgərovun nəslini iki övladı davam etdirir.

Oğlu Mübariz Əsgərov:

“Düzdür, atama fəxri ad verilmədi, ancaq o, ən gözəl qiyməti tamaşaçılardan aldı. Bu gün atamı xatırlayan insanların onun haqqında dediyi gözəl sözləri eşitmək məni bir övlad kimi kövrəldir”.

Nadir Əsgərov 60 il yaşadı. 1996-cı ilin bu ayında - 23 apreldə həyatla əbədi vidalaşdı.

Qızı Mahirə Əsgərova:

“Canım atam çox sevdiyi bir bahar səhərində bizi yalnız qoyub bu dünyadan köçdü. Onun yoxluğunu necə anladım, heç bilmirəm. O gözəl gülən və güldürən çöhrəsi bir an belə yadımdan çıxa bilməz. Tək təsəllim atamın incəsənətimizə və xalqımıza verdiyi töhfələr, filmlərdəki yaddaqalan, daim sevilən obrazları və sənətdə sevilən tələbələridir”.

Qeyd edək ki, aktyor Nadir Əsgərov həm də pedaqoji fəaliyyətlə məşğul olub, Mədəni Maarif Texnikumunda dərs deyib.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şamaxıda Beynəlxalq Barbekü Festivalı başa çatdı

Şamaxıda Beynəlxalq Barbekü Festivalı başa çatdı

"Sevilya" "Barselona"nı darmadağın etdi

"Sevilya" "Barselona"nı darmadağın etdi

Sirkdə FACİƏ: Tamaşaçıların gözü qarşısında CAN VERDİ

Sirkdə FACİƏ: Tamaşaçıların gözü qarşısında CAN VERDİ

Xocavənddən könüllü gedən erməni HƏBS OLUNDU - FOTO

Xocavənddən könüllü gedən erməni HƏBS OLUNDU - FOTO

Nazpəri: "Allah mənə çoxlarının yaşamadığı xoşbəxtliyi verdi"

Nazpəri: "Allah mənə çoxlarının yaşamadığı xoşbəxtliyi verdi"

Prezident təqaüdçüləri hansı universitetlərdə oxuyurlar? - SİYAHI

Prezident təqaüdçüləri hansı universitetlərdə oxuyurlar? - SİYAHI

Tramp HƏMAS-ı hədələdi - Nümayəndə heyətləri Misirə gedir

Tramp HƏMAS-ı hədələdi - Nümayəndə heyətləri Misirə gedir

Vuçiç: “Hamı müharibəyə hazırlaşırsa, deməli, o, doğrudan da olacaq”

Vuçiç: “Hamı müharibəyə hazırlaşırsa, deməli, o, doğrudan da olacaq”

Zaxarovanın səsi ilə VİDEO yayıldı

Zaxarovanın səsi ilə VİDEO yayıldı

Ərdoğan sabah Azərbaycana gələcək

Ərdoğan sabah Azərbaycana gələcək

Göygöldə iki maşın toqquşdu: 4 nəfər xəsarət aldı

Göygöldə iki maşın toqquşdu: 4 nəfər xəsarət aldı

Türkiyədə 3 yaşlı uşağın qida borusundan 19 maqnit çıxarıldı

Türkiyədə 3 yaşlı uşağın qida borusundan 19 maqnit çıxarıldı

Fransada yeni hökumət - ADLAR

Fransada yeni hökumət - ADLAR

Şəmkirdə piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Şəmkirdə piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Tərtərdə ağır qəza: 1 ölü, 1 yaralı var - FOTO

Tərtərdə ağır qəza: 1 ölü, 1 yaralı var - FOTO

Gürcülər yenidən Tbilisi küçələrində

Gürcülər yenidən Tbilisi küçələrində

Ukraynada keçirilən paradda balaca qızın dünyaya səs salan tamaşasından 4 il ötür - VİDEO

Ukraynada keçirilən paradda balaca qızın dünyaya səs salan tamaşasından 4 il ötür - VİDEO

İtaliya A Seriyası: "Napoli" geridönüşlə qalib gəldi

İtaliya A Seriyası: "Napoli" geridönüşlə qalib gəldi

Özü azərbaycanlı, əri Qəzzadandır - Bakıya gətirilən ailə danışdı - VİDEO

Özü azərbaycanlı, əri Qəzzadandır - Bakıya gətirilən ailə danışdı - VİDEO

Evimizdəki "Wi-Fi" təhlükəsi

Evimizdəki "Wi-Fi" təhlükəsi

Netanyahu sabah Qəzza danışıqları üçün Misirə nümayəndə göndərəcək

Netanyahu sabah Qəzza danışıqları üçün Misirə nümayəndə göndərəcək

Pentaqonda jurnalistlər üçün qaydalar sərtləşdirilir

Pentaqonda jurnalistlər üçün qaydalar sərtləşdirilir

Suriyada hakimiyyət dəyişikliyindən sonra ilk dəfə parlament seçkisi keçirildi - VİDEO

Suriyada hakimiyyət dəyişikliyindən sonra ilk dəfə parlament seçkisi keçirildi - VİDEO

İstanbuldakı konserti ləğv olundu

İstanbuldakı konserti ləğv olundu

End of content

No more pages to load

RADİO