Pakistan Prezidenti Asif Əli Zərdarinin anidən səhhətində problem yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə Pakistan Xalq Partiyası məlumat yayıb.
Bildirilib ki, o, təcili olaraq Kəraçidə yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib. Hazırda Zərdarinin vəziyyətini qiymətləndirmək üçün lazımi tibbi müayinələr aparılır.
Onun xəstəliyi ilə bağlı hələlik açıqlama verilməyib.
Bizim.Media