Britaniyanın Azərbaycanla energetika sahəsində əməkdaşlığı müzakirə edildi

Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpı qəbul edib.

Bizim.Media Energetika Nazirliyinə istinadən məlumat verir ki, görüşdə ikitərəfli münasibətlər, energetika sahəsində mövcud əməkdaşlıq əlaqələri və gələcək perspektivlər istiqamətində müzakirələr aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanla Britaniya arasında iki sənəd imzalandı


Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının protokolunun icrasının gedişi müzakirə edilib, protokolda nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi işlərinin təşkili ətrafında fikir mübadiləsi aparılıb.

Cari ilin may ayında fəaliyyətə başlamış Britaniya ticarət palatasının fəaliyyətinin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyəti vurğulanıb.

Nazir iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyini, mövcud əməkdaşlığın qlobal enerji sektorunun çağırışlarına uyğun yeni inkişaf mərhələsinə daxil olduğunu bildirib.

Energetika Nazirliyi ilə Birləşmiş Krallığın Beynəlxalq Ticarət Nazirliyi arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu, eyni zamanda BP şirkəti ilə iri miqyasda karbonsuzlaşdırılmış, inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri sahəsində imzalanmış Anlaşma Memorandumu və Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair imzalanmış İcra Müqaviləsinə müvafiq olaraq atılacaq növbəti addımlar qeyd olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Evinizdə bu əşyalar varsa, dərhal ATIN - Ailədə davaya səbəb OLUR

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Türkiyənin DÇ-dəki oyununun vaxtı dəyişdirildi

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Gürcüstanda azərbaycanlı gənc QƏTLƏ YETİRİLDİ

Maaş və pensiyalar artırıla BİLƏR

Maaş və pensiyalar artırıla BİLƏR

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Kərəclə Tehranı birləşdirən körpü vuruldu – VİDEO

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

Dövlət ipotekası iki dəfə AZALDI

Dövlət ipotekası iki dəfə AZALDI

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

İsmayıllıda iki övlad anası İTKİN DÜŞDÜ

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Türkiyə klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Təsərrüfatlarını su basmış hansı fermerlərə pul veriləcək? – RƏSMİ AÇIQLAMA

Həyətdəki ilbizlərdən necə qurtulmaq olar?

Həyətdəki ilbizlərdən necə qurtulmaq olar?

Bakı bulvarı dağlalələri ilə yenidən rəngə boyandı - FOTOlar

Bakı bulvarı dağlalələri ilə yenidən rəngə boyandı - FOTOlar

İran yenidən “Amazon”a hücum etdi

İran yenidən “Amazon”a hücum etdi

Birinci Liqa: Mərkəzi oyunda “Səbail” qalib gəldi

Birinci Liqa: Mərkəzi oyunda “Səbail” qalib gəldi

İlham Əliyev: "Azərbaycanın İrana göstərdiyi humanitar yardım davam edəcək"

İlham Əliyev: "Azərbaycanın İrana göstərdiyi humanitar yardım davam edəcək"

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Qardaşlarımız gəldi... – FOTO

Qardaşlarımız gəldi... – FOTO

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

End of content

No more pages to load

RADİO