Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Zəlzələ nəticəsində 700-dən çox şəxs yaralanıb.
Xatırladaq ki, bu gün Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda da hiss olunub.
Bizim.Media