Rusiyanın şərtləri hamıya yaxşı məlumdur.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Avropa ölkələrinin Moskvaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək istəməməsi onların sülhdə maraqlı olmadığını göstərir:
"Kənd təsərrüfatı məhsulları ilə bağlı hesablaşmalarla məşğul olan bank qurumumuza qarşı sanksiyaların aradan qaldırılması Qara dəniz təşəbbüsünün ayrılmaz hissəsidir. Bu məhdudiyyətlərin mahiyyəti son dərəcə aydındır. Əgər Avropa ölkələri bu yolla getmək istəmirsə, bu o deməkdir ki, onlar sülh yolu ilə getmək, Moskva və Vaşinqtonun sülhə doğru irəliləyiş istiqamətində göstərdiyi səylərə kömək etmək və onlara uyğun hərəkət etmək istəmirlər", - o qeyd edib.
Bizim.Media