Rusiyada "An-12" təyyarəsi eniş zamanı qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, hadisə Novıy Urenqoyda baş verib.
Bu barədə şəhərin Vahid Növbətçi-Dispetçer Xidməti (VNDX) məlumat verib.
Bildirilib ki, Sabbeta-Novıy Urenqoy marşrutu üzrə hərəkət edən təyyarənin enişə yaxınlaşarkən sol şassi dayağı tam açılmayıb və fiksasiya olunmayıb.
Hadisə zamanı göyərtədə səkkiz ekipaj üzvü olub, onlardan biri xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə yoxdur.
Bizim.Media