Ukrayna münaqişəsi ilə bağlı razılaşmalar açıqlandı - Moskvadan ŞƏRTLƏR

Ukrayna və ABŞ Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də enerji infrastrukturuna hücumların dayandırılması barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bunu Ər-Riyadda danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov deyib.
 

“Bütün tərəflər təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini dayandırmaq və Qara dənizdə hərbi məqsədlər üçün kommersiya gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər. Həmçinin Ukrayna və Rusiyanın enerji infrastrukturuna hücumların tam dayandırması ilə bağlı da razılıq əldə olunub”, - deyə o bildirib.


R. Umerov Rusiyanın hərbi gəmilərinin Qara dənizin şərq hissəsindən kənara hərəkətinin bu sazişin ruhunun pozulması kimi qiymətləndiriləcəyini və Kiyev tərəfindən Ukraynanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcəyini vurğulayıb. Bundan əlavə, o qeyd edib ki, tərəflər üçüncü ölkələrin dəniz və enerji sazişlərinin həyata keçirilməsinə dəstək üçün cəlb olunmasını alqışlayıblar.

ABŞ da məhbusların əsir və girovların azad edilməsini dəstəklədiyini təsdiqləyib.

“Sazişlərin səmərəli həyata keçirilməsi üçün onların icrası, monitorinqi və nəzarəti ilə bağlı bütün detalları razılaşdırmaq üçün mümkün qədər tez əlavə texniki məsləhətləşmələrin aparılması vacibdir”.

Kreml isə bildirib ki, Rusiya və ABŞ prezidentləri arasında əldə edilən razılaşmaya əsasən, tərəflər Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, güc tətbiq edilməməsi və kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınması, eyni zamanda belə gəmilərin yoxlanılması yolu ilə müvafiq nəzarət tədbirlərinin təşkili barədə razılığa gəliblər.

Rəsmi Moskva vurğulayıb ki, Qara dənizlə bağlı sazişlər Rosselxozbank və aqrar-sənaye kompleksində ticarəti təmin edən digər banklardan sanksiyalar götürüldükdən və həmin banklar yenidən SWIFT-ə qoşulduqdan sonra qüvvəyə minəcək.

Bundan başqa Rusiya tərəfi qeyd edib ki, Qərbin gəmilərə və kənd təsərrüfatı avadanlıqlarının tədarükünə tətbiq etdiyi sanksiyaları ləğv etmədən Qara dəniz taxıl müqaviləsini bərpa etməyəcək.

Sazişlərin yenilənməsi şərtlərinə limanlarda gəmilərə xidmət göstərilməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və qida, gübrə ticarəti ilə məşğul olan Rusiya bayrağı altında üzən gəmilərə tətbiq edilən sanksiyaların götürülməsi daxildir.

Daha bir şərt isə Rusiya Federasiyasına kənd təsərrüfatı texnikasının, habelə qida (o cümlədən balıq məhsulları) və gübrə istehsalında istifadə olunan digər malların tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır.
 

ABŞ nümayəndə heyətinin Rusiya ilə bağlı bəyanatda qeyd olunub ki, ABŞ Rusiyanın kənd təsərrüfatı və gübrə ixracı ilə bağlı dünya bazarına çıxışını bərpa etməyə, dəniz sığortası xərclərini azaltmağa və bu cür əməliyyatlar üçün limanlara və ödəniş sistemlərinə çıxışını genişləndirməyə kömək edəcək.


Ukrayna ilə bağlı bəyanatda ABŞ hərbi əsirlərin mübadiləsi, mülki məhbusların azad edilməsi və zorla köçürülmüş ukraynalı uşaqların geri qaytarılmasına nail olmaqda kömək etmək öhdəliyinə sadiq qaldığını bəyan edib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tolikin qızının 1 yaşı oldu - Fotolar

Tolikin qızının 1 yaşı oldu - Fotolar

Yol Polisindən yağıntılı hava şəraiti ilə bağlı MÜRACİƏT

Yol Polisindən yağıntılı hava şəraiti ilə bağlı MÜRACİƏT

Kür çayında köməksiz qalanların kimliyi bilindi – ADLAR

Kür çayında köməksiz qalanların kimliyi bilindi – ADLAR

SON DƏQİQƏ! Lənkəranda ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Lənkəranda ZƏLZƏLƏ oldu

Müşviq Abbasov: “Elnurun dəfn mərasimində “Parni iz Baku”dan heç kimi görmədik”

Müşviq Abbasov: “Elnurun dəfn mərasimində “Parni iz Baku”dan heç kimi görmədik”

Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA

Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA

Hörmüz boğazı BAĞLANDI

Hörmüz boğazı BAĞLANDI

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Kürdə bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qaldı – FOTO

Əhali iki ayda nə qədər pul xərcləyib?

Əhali iki ayda nə qədər pul xərcləyib?

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

“Kristal” və “Landau Education Group” arasında yeni əməkdaşlıq razılaşması əldə olunub! - FOTO

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Bakıda heykəli, bölgələrdə adına kəndlər olan Kirov – Şah pərəstişkarı olan bu xadim fəhlə sinfinin rəğbətini necə qazandı?

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

Dərbənddə Azərbaycan teatrının açılışı olacaq – Putin onlayn formatda iştirak EDƏCƏK

“Sabah” 600 minə futbolçu alır

“Sabah” 600 minə futbolçu alır

Maştağada evdən 6300 dollar OĞURLANDI

Maştağada evdən 6300 dollar OĞURLANDI

Hande ölkəyə çatan kimi SAXLANILDI - VİDEO

Hande ölkəyə çatan kimi SAXLANILDI - VİDEO

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Azərbaycan bu il də "Yer saatı" beynəlxalq kampaniyasına qoşulacaq - FOTO

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Bir insanın öz evində nə qədər “yeri” var? – ARAŞDIRMA

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Stasionar telefonlara maraq artır

Stasionar telefonlara maraq artır

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

End of content

No more pages to load

RADİO